Macara Travel

Bizi İzləyin
m

Dünyanın ən laqeyd,ən punktual və ən yaxşı hava yolları

m

Dünyanın ən laqeyd,ən punktual və ən yaxşı hava yolları

Ən laqeyd hava yolları

Onlain plarforma AirHelp reysin gecikməsi və təxirə salınmasına görə sərnişinlərə nadir hallarda kompensasiya ödəyən hava yolları ilə bağlı "ən laqeyd hava yolları" başlıqlı reytinq cədvəli tərtib edib.Servis mütəxəssisləri belə bir reytinqi tərtib etmək üçün 2016-ci il 1 yanvardan 2018-ci il 31 dekabr tarixinədək olan mərhələdə hava yolları tərəfindən rədd edilən çoxlu sayda şikayətləri analiz ediblər.
Siyahıda liderliyi Tunisdən olan hava daşıyıcısı- Tunisair edir.Fəaliyyət göstərdikləri illər ərzində onlar kompensasiya ilə bağlı müraciətlərin 100%-ni rədd ediblər.Onların ardınca Ruminiyadan olan hava yolları-Blue Air ( 98% müraciət rədd edilib),3-cü yerdə İspaniyadan olan İberia (96% rədd ilə),4-cü yerdə-İngiltərədən olan ucuz hava yolu şirkəti-EasyJet (96%ilə) gəlir.

Ən punktual hava yolları

İngiltərə analitik şirkəti OAG 2018-ci ildə minimum gecikmə sayı olan dünya hava yollarının reytinq siyahısını tərtib ediblər. 89% reysin cədvələ uyğun həyata keçirilməsi ilə AirBaltic lider olub.İkinci yerdə 85% ilə Niderlanddan olan KLM,üçüncü yerdə isə 83% ilə İspaniyadan olan İberiya hava yolları yerləşib.
Həmçinin,siyahıya Alitalia (İtaliya),Transavia (Hollandiya), Aer Lingus ( İrlandiya) , Aegean Airlines (Yunanıstan), Air Europa ( İspaniya), S7 Airlines (Rusiya) və  Finnair ( Finlandiya) düşüb.

Dünyada ən yaxşı hava yolları

Avia servisin qiymətləndirilməsi üzrə beynəlxalq təşkilat Skytrax özünün Skytrax World Airline Awards saytında dünyanın ən yaxşı hava yolları siyahısını yerləşdirib.Servis mütəxəssisləri bütün dünya istifadəçilərinin rəylərini analiz edərək növbəti nəticələrə gəliblər.
Birinci yeri Singapore Airlines,ikinci yeri Qatar Airways (2017-ci ildə lider olub),üçüncü yeri Yaponiyadan olan All Nippon Airways hava yolları tutub.
10 ən yaxşı siyahısına Emirates ( BƏƏ),EVA Air ( Tayvan), Cathay Pacific Airways ( Hong Kong), Lufthansa (Almaniya), Hainan Airlines ( Çin), Garuda İndonesia( İndoneziya) və Thai Airways (Tailand) düşüb.

Şərh Yaz