Macara Travel

Bizi İzləyin
About

Aviabilet

Aviabilet

Elektron bilet

Elektron sərnişin bileti – ənənəvi kağız blankın əvəzinə təklif olunan aviabiletin elektron formasıdır, o, Sizin uçuşa hazırlığınızı asan və rahat etməyə imkan verir. Bütün informasiya etibarlı şəkildə aviaşirkətin xüsusi məlumat bazasında elektron formada saxlanılır. Sərnişinə elektron aviabiletin surəti verilir (Passenger Itinerary Receipt), burada sərnişin haqqında, marşrut, tarif, ödəniş, satış ofisi və s. haqqında məlumat verilir. Elektron aviabilet, həmçinin onun kağız variantı sərnişin və aviaşirkət arasında, sərnişinin və onun yükünün hava yolu ilə daşınması ilə əlaqədar bağlanmış Müqaviləni təsdiqləyən rəsmi sənəddir.

Elektron biletin üstünlükləri:

-Onu unutmaz və ya itirməz, onu oğurlaya bilməzlər.

-Hər bir kəs başqa şəhərdə yaşayan qohumları və ya dostları üçün elektron bilet ala bilər;

-Elektron bilet sahiblərinin şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə hava limanında qeydiyyat prosedurundan keçmələri kifayət edəcəkdir.

Aviabiletdə klasslar:

Ekonom klass

Bizness klass

Birinci klass

Ekonom klassa daxil olan biletlər özünün ucuzluğu ilə seçildiyi üçün ən çox alınan biletlərdi.Minimal rahatlığı və konfortu olan bu klassın ümümi məbləğinə bəzən baqaj daxil olmur.Əgər uçuş 1,5 saatdan çox olarsa ola bilsin ümumi məbləğə qidalanma da daxil olsun.Adətən bu klassda biletlər dəyişdirilə və ya qaytarıla bilməz.

Biznes klassda siz daha rahat oturacaqlarda oturacaq və daha çox baqaj və əl yükü götürə bilərsiz.Biznes siniflə uçarkən Siz aşağıdakı üstünlüklərdən faydalanacaqsınız:

- İşləmək və dincəlmək üçün daha geniş məkan, ayaqlarınız üçün əlavə geniş yer və daha çox açılan oturacaqlar;

- Hava limanında növbəsiz  qeydiyyat və hava gəmisinə növbəsiz minik;

-Aeroportda gediş zamanı prosedurlardan “sürətli keçid” xidməti və fərdi kömək;

- Hava limanlarında Biznes sinfə məxsus gözləmə zallarına buraxılış;

- Daha çox pulsuz daşınan baqaj norması.

VİP klubda səyahət edərkən Sizə yerdə göstərilən xidmətdən heç də geri qalmayan, xüsusi, fərdi və diqqətli xidmət göstəriləcək.

- VİP klubunun başlıca xüsusiyyətlərindən biri  tamamilə açılan çarpayıların təqdim edilməsidir. Burada  noutbuk və digər elektron avadanlıq üçün enerji bloku quraşdırılıb.

- Hava limanında növbəsiz qeydiyyat və hava gəmisinə növbəsiz minik;

- Aeroportda gediş zamanı prosedurlardan “sürətli keçid” xidməti və fərdi kömək;

- Hava limanlarında Biznes sinfə məxsus gözləmə zallarına buraxılış;

- Daha çox pulsuz daşınan baqaj norması