Macara Travel

Bizi İzləyin
m

Xorvatiyada tətil - Adriatik sahilindəki 9 kurort

m

Xorvatiyada tətil - Adriatik sahilindəki 9 kurort

Xorvatiya, Balkan yarımadasında yerləşən bir dövlətdir. Bu ölkə Avropanın ən mənzərəli və ən təmiz ölkələrindən biridir. Milli parklar, qoruqlar, orta əsr şəhərləri, Adriatik dənizinin ən təmiz suları unudulmaz bir yay tətili üçün sizə hər cür şəraiti yaradacaq. Üstəlik, Xorvatiya dünyanın ən populyar turizm yerləri siyahısında TOP 40-a daxildir.
Məqalədə sizin belə ziyarət etmək istəyəcəyiniz Xorvatiya kurortlarından bəhs ediləcək.

SPLİT

Split — Xorvatiyada şəhər. Dalmatiyanın ən böyük və ən əhəmiyyətli şəhəridir. Splitskо-Dаlmаtinskаya əyalətinin mərkəzi.Balkan yarımadası və Adriatik dənizinin şərq sahilində kiçik bir yarımada üzərində yerləşir. Split Xorvatiyanın Zaqrebdən sonra 2-ci böyük şəhəridir.
Split YUNESKO-nun Dünya Mədəni İrsi siyahısına 3-cü əsrin sonu, 4-cü əsrin əvvəlində tikilmiş Diokletian Sarayı hesabına 1979-cu ildə girmişdir. Split şəhəri və ətrafı, tarixi tikililəri, Salona Xarabalıqları, Trogir YUNESKO şəhəri, dənizi, portu, 1700 illik Dieklotian sarayı, ticarət dükanları, kafeləri, kruiz limanı, adaları ilə Aralıq Dənizi sahilində çoxlu turistin gəldiyi bir şəhərdir.

RABAC

Rabac, İstrian yarımadasındakı Kvarner körfəzində yerləşən kiçik bir şəhər və gənc bir kurortdur. Buradakı həyat rahat və səs-küylü deyil. Üçka massivi, şam meşələri və buxtanın firuzəyi suları heyrətamiz gözəl mənzərələri yaradır. Rabacın çınqıl çimərlikləri dəfələrlə AB Mavi Bayraqına layiq görüldü.

XVAR ADASI

Günəşli Xvar adası Dalmatiya sahillərində yerləşir. Mükəmməl çimərlikləri, sıx üzüm bağları və lavanda sahələri ilə turistləri valeh edir. Adanın paytaxtı - Xvar şəhəri məbədlər, saraylar və digər tarixi tikililərlə zəngindir. Buradakı tətil rahat və romantik olacaq.

DUBROVNİK

Dubrovnik Cənubi Dalmatiyada yerləşən möhtəşəm bir şəhərdir. Xorvatiyanın ən bahalı və populyar kurortlarından biridir. 1979-cu ildə Dubrovnik şəhəri YUNESKO-nun Ümumdünya irsi siyahısına əlavə edilib. CNNGo-ya görə Dubrovnik dünyada orta əsr şəhər divarlarının qorunub saxlanıldığı 10 ən yaxşı şəhərlər sırasına daxildir.
 Buraya təkcə təmiz dəniz üçün deyil, həm də görməli yerləri görmək üçün getməyə dəyər. Ən gözəl intibah nümunəsi 16-cı əsrə aid olan və hal-hazırda Milli Arxiv binası kimi istifadə olunan Sponza sarayıdır.Knyaz sarayı bəzədilmiş pilləkənlər və gözəl naxışlı xalçaların sərgiləndiyi Qotik-İntibah tikilisidir. Sarayda indi muzey yerləşir.Müqəddəs Xilaskar kilsəsi ən çox ziyarət olunan Fransiskan monastırının yaxınlığın da olan daha bir intibah dövrünün qalıqlarındandır.

KRK adası

Krk, Xorvatiyanın Kvarner körfəzinin mərkəzində yerləşən ən böyük adasıdır. Burada qayalar sıx meşələr, zeytun bağları və üzüm bağları ilə əvəz olunur. Turistlərin diqqətini qum və çınqıl çimərliklər,körfəzlər və memarlıq abidələri çəkir. Adanın kurortları arasında Krk, Baska, Haludovo, Malinska kimi şəhərləri seçə bilərsiniz.

UMAQ

Umag Xorvatiyanın qərb şəhəridir. Xorvatiya Açıq ATP Seriyası Beynəlxalq Tennis Turniri hər il burada keçirilir. Umagdakı çimərliklər əsasən çınqıl və qayalıdır, bir çoxu AB Mavi Bayraqla işarələnmişdir. Şəhərdə Roma, İlliada və Kelt dövrlərinə aid binaları görə bilərsiniz, məsələn: Tiola villası, Sipar qalasının xarabalıqları, Müqəddəs Peregrine kilsəsi və Müqəddəs Qaya kilsəsi.

ŞİBENİK

Sibenik Cənubi Dalmatiada yerləşir. Kurort özünün şəfalı palçığı və möhtəşəm mikroiqlimi ilə məşhurdur,hansıkı  uçucu şam meşələri və ionlaşmış dəniz havası ilə təmin edir.Həmçinin burda UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Müqəddəs İakov Katedrali yerləşir.

PAQ adası

Ada Adriatik dənizi sahilləri boyunca 60 km məsafədə uzanır. Ərazi aqavadan olan  krujevası və paj pendiri ilə məşhurdur.İstirahət üçün Paq,Lun,Novalya və Çaska şəhərlərini seçmək olar.Tarixi abidələrdən əlavə ada özünün gecə həyatı ilə də diqqəti cəlb edir.Buna görə də o Avropa gəncləri arasında ,həmçinin xorvatların özündə də məşhurdur.

MAKARSKA RİVİERA

Makarska Riviera-Makarska,Drvenik,Brela,Tuçeli,Supetar və başqa şəhərlərin də daxil olduğu bütöv bir regiondur.
Region Aralıq dənizi iqlimi və inkişaf etmiş turizm infrastrukturu ilə xarakterizə olunur.Dəniz istirahəti orta əsr abidələrinə baxmaqla və Biakova dağ silsiləsi gəzintiləri ilə əla ahəng təşkil edir.Rivieradan bərə ilə Xvar və Brac adalarına çata bilərsiniz.

Şərh Yaz