Macara Travel

Bizi İzləyin
About

Otel rezervasiyaları

Otel rezervasiyaları

Otellərin bron edilməsi istənilən səyahət edən şəxsin dünya üzrə olan 150.000  otellər içərisində istədiyi otağı sifariş etməsidir.
Oteldə siz öz istək və zövqlərinizə görə müxtəlif növ otaqlar seçə bilərsiz:

  • İşgüzar səfərlərlərlə bağlı 
  • Dəniz mənzərəli
  • Akvaparkı olan
  • Uşaq klubu olan
  • Romantik istirahət üçün olan
  • Uşaq olmayan otel
  • Ailəvi olan və s.

Ulduz sayına görə otellərin kateqoriyası

1* — Bir «ulduz» kateqoriyasına aid otellər. Bu oteldən yalnız gecələmək və duş qəbul etmək üçün yararlanan və aza qane olan kütlə üçün nəzərdə tutulan otel növüdür. Bu tip otellər yalnız ən zəruri avadanlıq və xidmətlə təchiz edilir.
2* — İki «ulduzlu» mehmanxanalar. Bu növ otellərdə 5 otaq üçün ən azı bir sanitar qovşaq (ayaqyolu və duş) və ayrıca nahar zalı/yeməkxana olmalıdır. Əlavə xidmətlərdən isə otellər müştərilərə ümumi camaşırxana və kimyəvi təmizləmə xidmətindən istifadə etmək imkanı təqdim etməlidir.
3* — Üç «ulduz» kateqoriyalı otellər — qiymət-keyfiyyət nisbəti baxımından turistlərin əksəriyyəti üçün ən rahat yerləşdirilmə variant hesab edilir. Qaydalara görə «üç ulduzlu» mehmanxananın hər nömrəsində ayrıca sanitariya qovşaq, soyuducu, televizor və kondisioner olmalıdır. Bir qayda olaraq, bu növ otellərin şəxsi barı və ya restoranı da olur.
4-5* — Dörd/Beş “ulduzlu” otellər — maksimum səviyyədə rahatlıq və yüksək xidmət təklif edir. Dörd və beş «ulduzlu» kateqoriya arasındakı fərq çox azdır. Hər iki halda otaqlar duş, tualet, televizor, soyuducu, kondisioner, gündəlik təmizləmə xidməti və s. təchiz edilir. Belə otellərdə idman zalı, üzgüçülük hovuzu, gözəllik salonu, mübadilə məntəqələri və oteldə istirahəti rahat edən digər məqamlar mövcuddur.