Macara Travel

Bizi İzləyin
m

Avropada 10 ən yaxşı otel

m

Avropada 10 ən yaxşı otel



Dock İnn Hostel ((Warnemund, Germany)

Varnemund (Rostock limanı) liman şəhərində Baltik dənizi sahillərindən 12 dəqiqə məsafədə yerləşən Dock İnn Hostel öz qapılarını 2017-ci ilin yanvar ayında açdı.Yataqxanada sauna, kinoteatr, bar var;müxtəlif növ su idmanı üçün velosiped və digər avadanlıqlar icarəyə götürə bilərsiz.Dock İnn öz vanna otağı olan dörd, altı və səkkiz yataqlı otaqlar təklif edir.

Amistat Island Ibiza (İbiza, İspaniya)

Amistat Island Ibiza Hostel öz əşyalarınızı qoyub...əylənməyə getməyiniz üçün yaradılıb. Otaqlar işıqlıdır və artıq heç bir şey yoxdur - rahat çarpayılar, şkaf, TV, Wi-Fi. Yataqxanada hovuz və bar var. Es Paradís Nightclubu 10 dəqiqəlik məsafədədir.

JO & JOE HOSSEGOR (Hossegor, Fransa)

JO & JOE otel nəhəngi Accorun yeni gənc brendidir. Bu, 2020-ci ilə qədər açmağı planlaşdıran 50 yataqxanadan birincisidir. Atlantik okeanına 7 dəqiqəlik məsafədədir. Əsas diqqət su idman növlərinə yönəlib: sörf və padding, həmçinin yoga və qayaya dırmanma.Qonaqlar burda bar, yemək otağı və qonaq mətbəxindən ləzzət ala bilərlər.

Mob Confluence ( Lion,Fransa)

"Gənclərlə eyni dildə danışmaq"konsepti ilə yaradılmış növbəti bir otel.Konsepsiyanın dizaynı canlı ünsiyyət üçün yerlərə yönəlmişdir.İlk Mob Parisdə 2017-ci ilin martında, bu isə Avqust ayında açıldı.Metal fasadlı müasir binanın içərisində 98 cüt və ailəvi otaqlar yerləşir.Həmçinin burda instagram nəslinə xoş gələcək restoran var.O sənaye tərzində hazırlanmış və salonun ortasında bir maralın orijinal heykəli dayanmışdır.

Butik otel Rum Budapeşt ( Budapeşt Macarıstan) 

Müasir Rum Boutique Otel Budapeştin mərkəzindəki tarixi bir binada yerləşir. Otel restoranı şəhərin mərkəzində yerləşir. Fövqəladə rəng sxemləri ilə bəzədilmiş otelin 38 şık otağı var. Televizor, qəhvə və  çay məhsulları, Wi-Fi, geniş vanna otağı var.Oteldə Asiya restoranı, Urban Tiger var və qonaqlar 20% endirim alırlar.

Hostel Generator Rome (Roma, İtaliya)

Generator Rome - yeni Generator yataqxanası (yataqxanalar bütün Avropada yerləşir: Amsterdam, Berlin, Stokholm, London, Dublin və s.) Romanın mərkəzində, Termini Stansiyasından 10 dəqiqəlik məsafədə yerləşir. Əsas turistik yerləri araşdırmaq üçün Romaya gəlmisizsə bu hosteli seçin.Burdan Kolizeyə və Konstantinin Tirumfal arkasına ayaqla 20 dəqiqəlik  məsafə var.Yataqxanada bar və kafe var.

Otel Q Fabriki (Amsterdam, Hollandiya)

Q Factory Amsterdamın mərkəzindəki bir musiqili otelidir, binanın küncündə Muiderpoort və Amstel metro stansiyaları var. Otel yaradıcı atmosferlə doludur - konsert salonu, iş otağı, konfrans zalı, kafe var. Avropanın hər yerindən sənətçilər burada çıxış edirlər. Əlavə rahatlıq üçün yeraltı dayanacaq daxildir. Otel 2017-ci ilin may ayından fəaliyyət göstərir.

MyCocoon Hostel (Mikonos, Yunanıstan)

MyCocoon futuristik yataqxanası adadakı yeganə yataqxanadır və Mikonosun mərkəzində, sahil tərəfdə yerləşir. Köhnə Port yalnız bir neçə dəqiqəlik məsafədədir və yaxınlığında çox sayda bazar və kafe var. Yataqxanada bar və günəş terrası var.

Oddsson Hostel (Reykjavik, İslandiya)

Oddsson Hostel Reykjavikdəki Faksaflou körfəzinin yanında yerləşir. Bu yer rahat, sakit bir tətil üçün uyğundur. Parlaq əyləncəli otaqlarda minimum mebel və maksimum boş yer var. Məkanda italyan restoranı və bar, karaoke otağı var.

Steel House Kopenhagen Hosteli (Kopenhagen, Danimarka)

Arp-Hansen Otel Qrupunun yeni hosteli Polad Evi Kopenhagen Mərkəzi Stansiyasından 5 dəqiqəlik məsafədədir. Otaqlar sənaye üslubunda hazırlanmışdır, Wi-Fi və ortaq mətbəxi var. Şəhəri araşdırmaq üçün velosiped icarəyə götürə bilərsiniz.

Şərh Yaz